Rusiya Premyer Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, 26-cı turda səfərdə "Krasnodar"ı 4:2 məğlub edən "Zenit" çempionluğunu rəsmiləşdirib.

Sankt-Peterburq təmsilçisi ən yaxın izləyicisi "Lokomotiv"i sona 4 tur qalmış 13 xal qabaqlayır. “Zenit” tarixində 6-cı dəfə ölkə çempionu olub.