Ruanda millisinin baş məşqçisi Azərbaycana niyə gəlir?
- 11:00
- 27
Ruanda millinin baş məşqçisi Adel Amruş Azərbaycana gələcək.
Rekord.az xəbər verir ki, fransalı mütəxəssis "Zirə"nin iki oyununu izləyəcək.
Səbəb isə bu klubun heyətində Ruanda millisinin üzvü Ange Mutsinzinin olmasıdır. Millinin baş məşqçisi futbolçusunu canlı olaraq iş başında görmək istəyir.
Bu arada qeyd edək ki, Azərbaycan, Azərbaycan futbolu Amruş üçün yad deyil. O, 2007-08-ci il mövsümündə Sumqayıtın "Gənclərbirliyi" klubunun baş məşqçisi olub, çətin durumda olan komandanı elitada saxlamağı bacarıb.