"Neftçi" Müşahidə Şurasının sədr postuna əyləşən Rövşən Nəcəfin klubla bağlı ciddi planları var.

Rekord.az-a daxil olan məlumata görə, SOCAR prezidenti komandanın simasını tamamilə dəyişmək istəyir.

Növbəti mövsüm üçün büdcədə ciddi artım gözlənilir. Kluba yaxın etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, Nəcəf hətta qiyməti yarım milyon avrodan yuxarı olan futbolçuların da "Neftçi"yə gəlişini təmin etmək niyyətindədir. Əsas hədəf isə "Qarabağ"a qarşı çempionluq mübarizəsi verəcək güclü kollektiv formalaşdırmaqdı. Böyük ehtimalla komandaya yeni baş məşqçi də təyin olunacaq. Lakin bütün bunlar növbəti mövsümlə bağlı olan planlardı.