AFFA-nın prezidenti Rövşən Nəcəflə Avstriya Futbol Assosiasiyasının (ÖFB) baş katibi Tomas Hollerer arasında görüş keçirilib.

Rekord.az xəbər verir ki, AFFA və ÖFB arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə əsasən uşaq futbolu, kütləvi futbol və qadın futbolu müzakirə mövzuları olub.

Rövşən Nəcəf AÇ-2024 çərçivəsində keçirəcəyi oyunlarda Avstriya milli komandasına uğurlar arzulayıb.

Hollerer xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.