Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo yeni dünya rekorduna imza atıb.

Rekord.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu 400 beynəlxalq matça çıxan ilk oyunçu kimi tarixə düşüb.

Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə görüş (6:1) onun beynəlxalq arenada 400-cü qarşılaşması olub. Ronaldo bunun 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib. Ulduz futbolçu Çempionlar Liqasında 187, Avropa Liqasında və klublararası dünya çempionatının hərəsində 8, UEFA Superkubokunda isə 2 görüşdə iştirak edib.

Ümumilikdə 9 futbolçu 300-dən çox beynəlxalq oyun iştirakçısı olub ki, onlardan 5-i hazırda karyerasını davam etdirir.
    
1. Kristiano Ronaldo (Portuqaliya) – 400 (klubda 205, millidə 195)
2. İker Kasilyas (İspaniya) – 360 (193, 167)
3. Canluici Buffon (İtaliya) – 343 (167, 176)
4. Lionel Messi (Argentina) – 339 (170, 169)
5. Serxio Ramos (İspaniya) – 331 (151, 180)
6. Xavi (İspaniya) – 328 (195, 133)
7. Luka Modriç (Xorvatiya) – 306 (147, 159)
8. Xavyer Zanetti (Argentina) – 305 (162, 143)
9. Paolo Maldini (İtaliya) – 301 (175, 126)