Ronaldo “Əl-Nəsr”lə ilk titulunu qazandı
- 00:41
- 32
="Əl-Nəsr" klubunda çıxış edən Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının qalibi olub.
Rekord.az xəbər verir ki, Jorje Jezusun komandası bu gün 34-cü turda evdə "Damak"ı böyük hesabla məğlub edib (4:1) və vaxtından əvvəl çempionluğu təmin edib.
Ronaldo bu oyunda dubla imza atıb — o, bir qolu cərimə zərbəsindən, digərini isə oyun epizodundan vurub. Bu, Ronaldonun Ər-Riyad klubunun heyətində ilk kubokudur (yoldaşlıq turniri sayılan 2023-cü il Ərəb Çempionlar Kuboku nəzərə alınmasa).
Ər-Riyad təmsilçisi 2019-cu ildən sonra ilk dəfə və tarixində 11-ci dəfə ölkə çempionu olub. Liqada daha çox çempionluğu yalnız "Əl Hilal"ın (21) və "Əl Ittihad"ın (14) var. Kərim Benzemanın çıxış etdiyi “Əl-Hilal” bu mövsüm çempiondan 2 xal geri qalaraq ikinci yeri tutub.
"Əl-Nəsr"də həmçinin Joao Feliks, Marselo Brozoviç, Kinqsli Koman, İnyiqo Martines və Sadio Mane çıxış edir.