İtaliya millisinin sabiq üzvü, "Roma"nın hücumçusu Stefan El Şaravi mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə məlumatı italiyalı futbolçu sosial şəbəkə hesabında paylaşıb.


El Şaravi 2016-cı ilin yayından "Roma"da çıxış edir.  O, 10 il ərzində "Roma"da 346 oyun keçirib, 65 qol vurub və 30 məhsuldar ötürmə edib.


Qeyd edək ki, El Şaravi 2012-2024-cü illərdə İtaliya millisinin formasını geyinib.