AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 3-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində “Neftçi”nin futbolçusu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Neftçi” klubu 3000 manat cərimə edilib.


“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” 2000 manat cərimə edilib.


“Sabah” – “İmişli” oyunu “İmişli” komandasının meydana gec çıxması səbəbindən gec başladığına görə “İmişli” klubu 3000 manat cərimə edilib.