Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 30-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sumqayıt” komandası 5000 manat cərimə edilib.


“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Sumqayıt” komandası 5000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin edilib.