Rəşad Eyyubovun U-21 millisinə baş məşqçi təyin olunması birmənalı qarşılanmayıb.

Rekord.az xəbər verir ki, işin ən çox tənqid olunan tərəfi Eyyubovun gənc və təcrübəsiz olmasıdır.

Bu günə kimi heç bir yerdə baş məşqçi kimi işləməmiş birinin birdən birə U-21 millisinə baş məşqçi təyin olunması çox risklidir. Əldə etdiyimiz məlumata görə, AFFA da bu məqamı göz önünə alıb. Qarşıdakı Çexiya və Şotlandiya ilə oyunlar Eyyubov üçün sınaq xarakterli olacaq. Əgər ümidverici nəticə olmasa, ilin sonunda U-21-ə başqa məşqçi təyin olunacaq.