“Rəqibin bəzi oyunçuları bizə əvvəlcə çox problem yaratdı”
- 00:07
- 30
“Quba" basketbol komandasının baş məşqçisi Şəhriyar Əsgərov "Naxçıvan"a qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, mütəxəssis qalib gəldikləri görüş barədə klubun mətbuat xidmətinə danışıb:
"Birinci kubok oyunumuzda qalib gəldik. Hündür boylu oyunçularımız olmasa da, komanda olaraq yaxşı çıxış etmək istəyirdik. Basketbolçularımızın yaxşı oyun sərgilədiyini söyləyə bilərəm. Yekunda güclü müdafiə xətti ilə "Naxçıvan"ın hündür oyunçularını müəyyən qədər neytrallaşdıra bildik. Rəqibin bəzi oyunçuları bizə əvvəlcə çox problem yaratdı, amma dəyişikliklər edib, oynadıq. "Naxçıvan" çox güclü komandadır, balanslı heyətə malikdir. Gözəl mübarizəyə görə rəqib komandaya təşəkkür edirəm. Sevdindirici haldır ki, qalib gəldik".
"Quba" "Naxçıvan"a 105:98 hesabı ilə qalib gələrək Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.