Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.


Rekord.az xəbər verir ki, onun çıxış etdiyi "Motor” Ekstraklasanın 13-cü turunda "Vidzev”i qəbul edib və darmadağına sevinib – 3:0..


Renat bu görüşün 78-ci dəqiqəsində meydana buraxılıb.


Dadaşovun komandası 13 turdan sonra 14 xalla 13-cü pillədə qərarlaşıb.