Polşa Ekstraklasasında 15-ci turun oyunları keçirilir. 


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi “Motor” öz meydanında “Visla Plok”u qəbul edib.


Görüş 1:1 hesabı ilə başa çatıb. Renat əvvəldən sona kimi qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib. 


Qeyd edək ki, Dadaşovun komandası 15 turdan sonra 16 xalla 14-cü pillədə qərarlaşıb.