AFFA Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşib.

Rekord.az xəbər verir ki, yarışın həlledici görüşü mayın 24-də, saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.

AFFA Region Liqasının 2023/2024 mövsümündə 1/4 final mərhələsinin ilk oyunları baş tutub. Cavab matçları aprelin 27-də və 28-də keçiriləcək.