AFFA oktyabr ayından "Region Liqası"nda da yeni mövsümə start verməyi düşünür.

Lakin Rekord.az xəbər verir ki, bir məsələ hələlik açıq olaraq qalır.

Söhbət mükafat məsələsindən gedir.

Öncəki çempionatlarda federasiya ilk 3 yerin sahibinə pul mükafatı verirdi. Bu mövsüm isə bunun olacağı hələlik dəqiqləşməyib. Məsələyə çempionatın startına kimi aydınlıq gələcək.