"Region Liqası"nda bir oyuna 500 manat alacaq
- 11:00
- 58
Millimizin sabiq üzvü Cavid İmamverdiyevin I və II Liqa klublarından təklif olmasına baxmayaraq, "Region Liqası"nda çıxış edən "Ağsu Siti"ni seçməsi haqda yazmışdıq.
Rekord.az bunun maliyyə ilə bağlı olduğunu da qeyd etmişdi.
Əldə etdiyimiz məlumata görə, Cavid yalnız oyundan-oyuna "Ağsu Siti"yə kömək edəcək. Oyuna bir gün qalmış Ağsuya gedəcək, bir məşq edib səhəri gün oyuna çıxacaq. Bunun müqabilində isə 500 manat pul alacaq. Bunun da aya 2000 manat olduğunu nəzərə alsaq, niyə I və II Liqa yox, "Region Liqası" klubunu seçdiyi məlum olur.