“Real”a qol vuran “Selta”nın futbolçusundan unikal nailiyyət
- 12:30
- 25
İspaniyanın "Selta" klubunun futbolçusu Villiot Svedberq unikal nailliyətə imza atıb.
Rekord.az "Stata Football"a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi buna "Real"a qalib gəldikləri La Liqanın 15-ci turunun matçında fərqlənməklə nail olub.
Dubl edən isveçli oyunçu 2018-ci ilin oktyabrından sonra "Kral klubu"na qarşı ardıcıl üç çempionat görüşündə qol vuran ilk əcnəbi futbolçudur. Daha əvvəl "Barselona"nın sabiq hücumçusu Luis Suares ardıcıl üç oyunda bunu bacarıb.
"Selta" "Real"ı səfərdə iki cavabsız qolla məğlub edib.