Rays dünya çempionatında 60 illik həsrətə son qoydu
- 19 İyl 2026 14:30
- 56
İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays DÇ-2026-nın Fransa ilə bürünc medal oyununda (6:4) tarixi nailiyyətə imza atıb.
Rekord.az xəbər verir ki, o, qarşılaşmada bir qol vurub və bir məhsuldar ötürmə edib.
Bununla da Rays 1966-cı ildən bəri dünya çempionatlarının pley-off mərhələsində həm qol vuran, həm də qol ötürməsi edən ilk ingiltərəli futbolçu olub.
27 yaşlı yarımmüdafiəçi eyni zamanda mundiallarda bir oyunda həm qol, həm də assist müəllifi olan altıncı İngiltərə millisinin üzvü kimi tarixə düşüb. Ondan əvvəl bu uğura Rocer Hant, Co Koul, Rahim Sterlinq, Cud Bellinqem və Harri Keyn nail olublar.
Bundan başqa, Raysın 2-ci dəqiqə 14-cü saniyədə vurduğu qol İngiltərə millisinin Avro-2020-nin finalından bəri rəsmi oyunlardakı ən erkən qolu olub. Bu top həmçinin dünya çempionatlarının üçüncü yer uğrunda keçirilən oyunları tarixində vurulan üçüncü ən sürətli qol kimi qeydə alınıb.