“Rakuv” Mahir Emrelini heyətinə qatdığını açıqladı
- 18 İyl 2026 22:00
- 43
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna keçidi rəsmiləşib.
Rekord.az xəbər verir ki, Ekstraklasa təmsilçisi 29 yaşlı hücumçunu 1 illik icarəyə götürüb.
Çenstoxova şəhərinin klubu mövsümün sonunda azərbaycanlı oyunçunu almaq hüququna malikdir.
Emreli artıq "Rakuv"la rəsmi müqavilə imzalayıb.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın "Kayzerslautern" klubuna məxsusdur.