Mayın 15-də I Liqanın 26-cı turu çərçivəsində "Səbail" "Şahdağ"ı qəbul edəcək.

Rekord.az-a daxil olan məlumata görə, bu oyunda "Şahdağ"ın güclü azarkeş dəstəyi olacaq.

Belə ki, Qusarda təxminən 300 azarkeşin Bakıya gələcəyi gözlənilir. Eyni zamanda Bakıdan da 200 qusarlı azarkeşin komandalarını dəstəkləmək üçün "Bayıl Arena"ya gələcəyi gözlənilir. Beləliklə, ümumilikdə 500 azarkeşin "Şahdağ"a dəstək verəcəyi gözlənilir.

Qeyd edək ki, "Səbail" - "Şahdağ" matçı mayın 15-də, saat17:00-da "Bayıl Arena"da oynanılacaq.

Onu da nəzərinizə çatdıraq ki, sona iki tur qalmış "Səbail" 49 xalla 2-ci, "Şahdağ" isə 41 xalla 5-ci pillədə qərarlaşıb. "Səbail" qələbə sayəsində 2-ci pilləni və Premyer Liqa üçün pley-off-u təmin edəcək.