Qurban Qurbanov bu mövsümdən əsas komandanın hazırlıqlarına cəlb olunan Hikmət Cəbrayılzadəyə müəyyən qadağalar qoyub.

Rekord.az-a daxil olan məlumata görə, təcrübəli məşqçi 15 yaşlı futbolçuya məşqdən kənar digər yerlərdə futbol oynamağı qadağan edib.

Bu səbəbdən də mütəmmadi olaraq dost-tanışla ödənişli mini stadionlarda futbol oynayan Hikmət artıq həmin oyunlara getmir. Bundan başqa, futbolçuya qidalanma və yuxu rejimi ilə bağlı da xüsusi proqram tövsiyyə edilib.