“Quba” “Sərhədçi”ni məğlub etdi
- 05 Fev 2026 23:00
- 30
Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, günün yeganə matçında "Quba" "Sərhədçi" ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan B qrupunun görüşündə "Quba" 97:89 hesablı qələbə qazanıb.
Tura fevralın 8-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Lənkəran"ı məğlub edib - 102:77.