Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan rayon UGİM-in idman zalında "28 May - Müstəqillik Günü" münasibətilə sərbəst güləş üzrə yeniyetmələr arasında Qobustan rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, müxtəlif çəki dərəcələrində qalib gəlmiş idmançılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə mükafatlandırılıblar.