Qobustanda da futbol turniri keçirilib
- 18:00
- 30
Qobustan İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən futbol üzrə Qobustan rayon turnirinin qrup mərhələsinə yekun vurulub.
Rekord.az son turun nəticələrini təqdim edir:
“FHN” – “Su MSİİ” 3:2
“Nabur” – “Bədəlli” 3:0
“Qobustan” – “Gənclər” 1:8
Beləliklə, yarımfinalda “Su MSİİ” komandası “Ərəbşahverdi”, “Qobustan Bələdiyyəsi” komandası isə “Nabur” komandası ilə qarşılaşacaq.
Ənənəvi keçirilən turnirin final oyunu may ayının 10-da, Ümummilli Lider Heydər Əliyevin doğum günündə baş tutacaq.