“Qırmızı vərəqədən sonra işimiz daha da çətinləşdi” - Berdıyev
- 21:41
- 32
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 11-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:
“Bütün komanda adından Zəfər Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm. Oyun təxmin etdiyimiz kimi çətin oldu. Qırmızı vərəqədən sonra daha da çətin idi. Futbolçularıma təşəkkür eidrəm ki, xarakter göstərdilər. İmkan daxilində əks-hücumlar yaratdılar, kifayət qədər də təhlükəli olurdu.
Olabe qırmızı vərəqə aldığına görə cəzalanmayacaq. Başqa cür oynaya bilmir. Döyüşkən xarakteri var, hamımızın bundan xoşu gəlir. Amma ona bildirmişdim ki, ehtiyatlı ol, sarı vərəqən var”.