“Sabah” bu gün Misli Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə”ni qəbul edib.


Rekord.az xəbər verir ki, oyundan sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas 3:0 hesablı qələbə ilə bağlı fikirlərini bölüşüb:


“Sabah” ailəsini, rəhbərliyi, oyunçularımızı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün layiq olduğumuz qələbə əldə etdik. Oyuna çox yaxşı hazırlaşmışdıq, “Zirə”ni yaxşı təhlil etmişdik. Oyunda daha inamlı çıxış edən tərəf biz idik. Verdiyimiz tapşırıqları oyunçularımız mükəmməl şəkildə icra etdilər. Birinci hissədə böyük üstünlük bizdə idi. “Zirə”yə böyük hörmətimiz var, Azərbaycanda məşqçi işi ən yaxşı olan komandalardan biridir. Amma qələbəyə layiq tərəf biz idik. Rəqibin qapı çərçivəsinə bir zərbə vurmasına da imkan vermədik. Bilirdik ki, ikinci hissədə rəqib irəli atılacaq və onları əks-hücumda tutacağıq. Bu da yaxşı işlədi və üçüncü qolu vurduq. Qalibiyyətdə oyunçularımın əməyi böyükdür. “Sabah”ın öz kimliyini yaratmalıyıq. Bu qələbəni təsvir etməyə sözlərim yetmir. Dörd oyunçumuz bu matçda oynamırdı. Amma bu gün şans qazanan cavan oyunçular çox yaxşı performans göstərdilər. Dünyanın ən xoşbəxt məşqçisiyəm, çünki onların necə inkişaf etdiyini görürəm”.