“Qələbəyə inanırdım" - Azər Bağırov
- 04 Dek 2025 23:16
- 27
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Kəpəz" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edərək adını növbəti mərhələyə yazdırıb.
Rekord.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov bunları qeyd edib:
"Həm biz, həm də azarkeşlər üçün maraqlı oyun alındı. Niyə bilmirəm, amma qələbəyə inanırdım. Rəqib haqqında çox danışmışdıq, bilirdik ki, səhvsiz oynasaq, qalib gələ bilərik. Müdafiədə yaxşı oynadıq və vacib qələbə qazandıq. Hakimlik bu gün normal idi. Yalnız qalib gəldiyimiz üçün yox, ümumilikdə razı qaldım. Səhvlər olur, amma onlardan qaçmaq mümkün deyil”.