“Qəbələ”nin pley-offdakı rəqibi müəyyənləşdi
- 19:20
- 47
Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşib.
Sports.az xəbər verir ki, 1-ci Liqanın sonuncu - 27-ci turunda "Səbail"i məğlub edən "Mingəçevir" "Qəbələ"yə rəqib olub.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçirilən oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb
Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Mingəçevir" turnir cədvəlində ikinci sıraya yüksəlib və adını pley-offa yazdırıb.
"Səbail" isə mövsümü 50 xalla üçüncü pillədə başa vurub.
Beləliklə, 1-ci Liqada ikinci yeri tutan bölgə təmsilçisi Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.
1-ci Liqa
27-ci tur
22 may
Zaqatala – Şəfa 2:1
Şahdağ Qusar – Baku Sportinq 1:1
Mingəçevir – Səbail 4:1