
“Qəbələ”dən növbəti transfer
- 19:40
- 47
Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb.
18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Futbolçu son olaraq Nigeriya premyer liqasında “Kanemi Uorriorz” komandasının formasını geyinib. Salihu həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.
“Qəbələ” bunadək Xayme Syerra, Pirins Ovusu, Paulo Kimbila, İsaak Amoa, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.