"Qəbələ"nin iordaniyalı futbolçusu Ömər Hanıi ilə bağlı maraqlı məlumat almışıq.

Rekord.az-a ötürülən məlumata görə, futbolçu komandasındakı durumundan razı deyil və buna görə buradan ayrılmaq istəyir. 

Son zamanlar gözdən itməsi, az-az oynaması da bununla bağlıdır. Lakin müqaviləsi olduğu üçün  ya hansısa kluba  icarəyə getməli, ya da "Qəbələ"yə cibindən təzminat haqqı ödəyib azad agent statusu almalıdır.