“Qəbələ”də nigeriyalı vinger
- 17:00
- 47
“Qəbələ” növbəti transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, əyalət klubu nigeriyalı vinger Uboçioma Meşakla anlaşıb.
24 yaşlı nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Meşakın son klubu Macarıstan təmsilçisi “Kazintsbartsika” olub. O, müxtəlif illərdə “Zalaeqerseq” (Macarıstan), “Nafta” (Sloveniya), “Livinqston”, “Dandi Yunayted” (hər ikisi Şotlandiya) klublarında çıxış edb.