“Qəbələ” - “Turan Tovuz” oyunu yarımçıq dayandırıldı
- 18:00
- 26
Misli Premyer Liqasının 14-cü turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu yarımçıq dayandırılıb.
Rekord.az xəbər verir ki, buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.
Qarşılaşma 23-cü dəqiqədə dayandırılıb.
Matçın taleyi ilə bağlı qərar daha sonra veriləcək. Böyük ehtimalla oyun sonrakı günlərdə qaldığı yerdən davam etdiriləcək.