"Qəbələ" Rza Cəfərovdan cavab gözləyir
- 12:00
- 40
Rza Cəfərov böyük ehtimalla "Neftçi"dən ayrılacaq.
Rekord.az xəbər verir ki, paytaxt klubunun yeni baş məşqçisi Yuri Vernidub əsas heyətdə Rzaya şans düşünmür.
Əlcək sahibi də davamlı oynaya biləcəyi kluba keçmək istəyir. Təklifləri də var. Bunlardan ən realı "Qəbələ"dir. Bölgə təmsilçisi hətta "Neftçi"yə və Rzaya istəyini də çatdırıb. "Neftçi" Rzanın "Qəbələ"yə keçidinin əlehinə deyil. Lakin əldə etdiyimiz məlumata görə, qapıçı özü gözləmə mövqeyindədir. Belə ki, "Qəbələ"dən başqa daha iki klubdan da təklif alıb. Ona görə götür-qoy edib ən uyğununu seçmək istəyir. Həm iddia baxımından, həm də maliyyə baxımından. Bu mənada "Qəbələ" futbolçunun yekun qərarını gözləməyə məcburdu.