“Qəbələ”nin iki futbolçusu hazırlıq prosesində iştirak etmir.

Rekord.az xəbər verir ki, komandanın legioner futbolçusu Rafael Utziqin müalicə və bərpa prosesi davam edir.

Rüfət Əhmədov isə əməliyyat sonrası reabilitasiya dövrü keçir.

“Qəbələ” sabah Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq.