“Qəbələ” Azərbaycan çempionatları tarixinin 7-ci komandasıdır.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Qırmızı-qaralar” 2006/07 mövsümündə debüt etdiyi Premyer Liqaya 14 dəfə qatılıb. Bu müddətdə 412 oyun keçirən komanda 166 qələbə qazanıb. Hesabında 107 heç-heçə də olan “Qəbələ” 139 məğlubiyyət alıb.

Rəqib qapılarına 505 top vuran “Qəbələ”nin futbolçuları 444 top buraxıb. Ümumilikdə 605 xal toplayan “qırmızı-qaralar” bu göstəricidə yalnız 6 komandadan geri qalır. “Qəbələ” mümkün olan xalların 48,9 faizini toplaya bilib.

Bunlardan 336-sı ev qarşılaşmalarına təsadüf edib. “Qəbələ” öz meydanında ən çox toplayan klublar arasında 8-cidir. Səfərdə 269 xal yığan “qırmızı-qaralar” rəqib meydanlarındakı göstəriciyə əsasən 7-ci yerdədir.

1992-ci ildən keçirilən ölkə çempionatlarında 60 komanda iştirak edib.