“Qəbələ” 5 yoxlama oyunu keçirəcək
- 17:40
- 39
“Qəbələ”nin yay təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunları məlum olub.
Rekord.az xəbər verir ki, “Qəbələ” hazırlıq müddətində 5 matçda meydana çıxacaq.
“Qırmızı-qaralar”ın ilk oyunu iyulun 14-də “Kəpəz”ə qarşı olacaq. Daha sonra iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə matçlar planlaşdırılır.
Yalnız “Sumqayıt”la oyun rəqib meydanında keçiriləcək. Digər görüşlər Qəbələdə təşkil olunacaq.