“Qəbələ” 3 futbolçusu ilə yollarını ayırdı
- 01 İyn 2026 16:00
- 141
“Qəbələ”nin futbolçuları İbrahim Sanqare və Rüfət Əhmədovla müqavilə müddəti başa çatıb.
Rekord.az xəbər verir ki, Həmçinin CAR-ın “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovun icarə müaviləsi bitib.
Klub onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.