"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunun 1/8 finalında "Difai"yə qarşı qazanılan nəticəni yaxşı hesab etsə də, oyundan razı qalmayıb.


Rekord.az xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinə rəhbərlik edən mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bildirib.


İliç qazanılan qələbəyə görə futbolçulara təşəkkür edib:


"Bu mərhələni keçmək bizim üçün vacib idi. Nəticə yaxşıdır, lakin oyunumuz istədiyim kimi alınmadı. Bəzi səhvlərimiz oldu. Çempionatda bu cür səhvlər bağışlanılmır. Artıq bu görüşü unudub növbəti matça köklənmək və səhvləri aradan qaldırmaq lazımdır".


"Difai" - "Sumqayıt" qarşılaşması ikincilərin 3:1 hesablı qələbəsi ilə bitib. "Sumqayıt" 1/4 finalda "Zirə" ilə üz-üzə gələcək.