2026/2027 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında "Qarabağ" və "Neftçi" komandaları arasında gerçəkləşəcək ilk oyun 8-ci tura təsadüf edəcək.


Rekord.az xəbər verir ki, bu, turnirin püşkatmasından sonra bəlli olub.


Sözügedən turda Ağdam təmsilçisi meydan sahibi olacaq.


Xatırladaq ki, Premyer Liqaya avqustun 14-də start veriləcək.