"Qarabağ"ın yeni transferi bazar günü Bakıda olacaq
- 15 May 2026 23:17
- 87
"Qarabağ" yeni transferinin birini rəsmiləşdirmək üzrədir. "Rekord.az" xəbər verir ki, Ağdam təmsilçisi fransalı sol cinah yarımmüdafiəçisi Jali Muaddibin məsələsini həll edib. Bu barədə "Qarabağ TV" səhifəsi məlumat yayıb.
"Omoniya"da oynayan futbolçu bazar günü Bakıya gələcək. Azad agent statusu olan Muaddib qarşıdakı 1 həftə içərisində "Qarabağ"la 3 (üç) illik müqavilə imzalayacaq. Baş məşqçi Qurban Qurbanov onu Abdullah Zubirin yerində sınamaq istəyir.