"Qarabağ" klubunun U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" ilə oyunu əlverişsiz hava şəraitinə görə yarımçıq dayandırılıb.


Rekord.az xəbər verir ki, İtaliyada baş tutan qarşılaşma 61-ci dəqiqədə şiddətli yağış səbəbindən yarıda qalıb.


Hazırda qarşılaşmanın çexiyalı baş hakimi Dominik Starı yağışın səngiməsini gözləyir. Matçın qaldığı yerdən davam etmə ehtimalı var.


Sözügedən matçda "Napoli" 1:0 hesabı ilə öndədir.


"Qarabağ" və "Napoli"nin əsas komandaları isə bu gecə Bakı vaxtı saat 00:00-da qarşılaşacaqlar.