“Qarabağ”ın U-19 komandasının "Ayaks"la matçına təyinatlar bəlli oldu
- 14:40
- 31
"Qarabağ"ın UEFA Gənclər Liqasının Liqa mərhələsinin 6-cı turunda Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcəyi matçın hakim təyinatları bəlli olub.
Rekord.az xəbər verir ki, görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Marton Ruş olacaq. Gerqo Viq-Tarsonyi və Balaz Şalay köməklik edəcəklər dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.
Qarşılaşma dekabrın 10-da "Azərsun Arena"da, saat 15:00-da start götürəcək.