"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası AFFA Gənclər Liqasının qalibi olub.


Rekord.az xəbər verir ki, komanda buna 2025-2026-cı illər mövsümünün son turunda nail olub.


2-ci mərhələdə A qrupunda mübarizə aparan "Qarabağ" 10-cu turda “Neftçi”ni qəbul edib. Qarşılaşma Sərhədçi İdman Mərkəzinin stadionunda keçirilib.


Rəqibini 2:1 hesabı ilə məğlub edən “Qarabağ” xallarının sayını 25-ə çatdırıb. Bununla da 1-ci yeri tutaraq Azərbaycan çempionu adına sahib çıxıb.


"Qarabağ"ın U-19 komandası ölkəmizi 2026/27 mövsümündə UEFA Gənclər Liqasının Çempionlar yolunda təmsil edəcək.