“Qarabağ”ın sabiq futbolçusu Jaba Dvali 41 yaşında vəfat edib.


Rekord.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, veteran hücumçu ürək tutmasından dünyasını dəyişib.


2014-cü ildə icarə əsasənda Ağdam klubunda çıxış edən gürcü futbolçu 5 oyunda meydana çıxıb. O, karyerası ərzində Tbilisi “Dinamo”su, “Zestafoni”, “Daçiya” (Moldova), “Sioni” kimi klubların formasını geyinib.


Mərhum futbolçu Gürcüstan millisində 1 oyun keçirib.