“Qarabağ"ın rəqibi tarixinin ən uğursuz seriyasını müəyyənləşdirib
- 16:40
- 21
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda "Qarabağ"la üz-üzə gələcək Niderlandın "Ayaks" komandası tarixinin ən uğursuz seriyasını müəyyənləşdirib.
Rekord.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir ki, bu, Amsterdam təmsilçisinin qitənin bir nömrəli klub turnirində Portuqaliyanın "Benfika" kollektivinə uduzması (0:2) sayəsində reallaşıb.
Komanda avrokuboklarda son 8 matçın hamısında məğlub olub. Bu isə "Ayaks" tarixində ən pis seriyadır.
Bundan əlavə, klub UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə ilk 5 qarşılaşmada yenilən ikinci Niderland təmsilçisidir. "Feyenoord" 2017/2018 mövsümündə bu nəticəyə imza atıb.
"Qarabağ" "Ayaks"la UEFA Çempionlar Liqasının 6-cı turunda üz-üzə gələcək. Qarşılaşma dekabrın 10-da Bakıda keçiriləcək.