“Qarabağ”ın rəqibi məşqçisi ilə yolları ayırdı
- 19:00
- 28
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Liverpul" məşqçisi Aaron Briqqslə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis 2024-cü ilin iyulundan klubda çalışırdı.
Liverpul təmsilçisi İngiltərə Premyer Liqasının turnir cədvəlində 18 matçdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb.