“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sivasspor”un (Türkiyə) turnirdə keçirəcəyi ev oyunlarında azarkeşlərin iştirakını təmin etmək üçün Türkiyə Futbol Federasiyasına müraciət etdiyini xəbər vermişdik.

Rekord.az xəbər verir ki, klubun bu müraciəti müsbət cavablandırılıb.

Bu barədə federasiyanın prezidenti Nihat Özdəmir məlumat verib. O, Super Liqa, aşağı liqalar və avrokuboklarda oyunlara azarkeşlərin cəlb olunması ilə bağlı klubların müraciətinin müsbət cavablandırıldığını bildirib.

Onun sözlərinə görə, səhiyyə nazirliyinin də icazəsi olarsa, oyunlarda 30 faizədək azarkeşlərin buraxılması prosesinə başlanılacaq.

“Qarabağ” “Sivasspor”la səfər oyununu noyabrın 5-də keçirəcək. Təmsilçimizin yer aldığı qrupda “Sivasspor”la yanaşı, İspaniyanın “Vilyarreal” və İsrailin “Makkabi” klubları ilə mübarizə aparacaq.