Niderland təmsilçisi "Ayaks" baş məşqçisi Con Heytinqa ilə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Onun sözləşməsi 2027-ci ildə başa çatacaqdı.


Çalışdırıcının komandadan göndərilməsinin səbəbi uğursuz nəticələr olub. "Ayaks" son olaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda, doğma meydanda "Qalatasaray"a (Türkiyə) 0:3 hesabı ilə uduzub.


"Ayaks" Niderland çempionatında 20 xalla dördüncüdür. Çempionlar Liqasında isə 0 xalla sonuncu - 36-cı yerdə qərarlaşıb.