“Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi” - Konte
- 02:50
- 30
“Napoli"nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liasının Liqa mərhələsində "Qarabağ"a qarşı keçirdikləri matçdan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri üçün sevincli olduqlarını söyləyib:
"Bu axşam Neapol üçün xüsusi gün idi. Çox enerjili idik və qələbə qazanmaq istəyirdik. Ölkə çempionatında "Atalanta"ya və bu gün "Qarabağ"a qarşı matçlarda çox yaxşı çıxış etdik. Çempionlar Liqasında asan rəqib olmur. Qarşılaşmanın gedişində qol vuracağımıza inanırdım. "Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi. Qarşımızda çox məsuliyyətli komanda var idi. Çətin rəqibə qarşı oynadıq. Azərbaycan klubu bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib".