“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
- 13:00
- 33
“Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.
Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. “Qarabağ”, həmçinin “Ferentsvaroş” (Macarıstan), “Dinamo” (Kiyev, Ukrayna), “Hayduk” (Xorvatiya), ÇSKA (Bolqarıstan) və “Şerif” (Moldova) səpələnmişlər sırasında olacaq.
“Qarabağ”ın mümkün rəqiblərinin qərarlaşdığı səpələnməmiş səbətində isə aşağıdakı komandalardır: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün 2-ci təsnifat mərhələsinin püşkatması olacaq.